İtaliyanın daha bir klubu tam tərkibdə karantinə alındı
İtaliyanın “Torino” komandası tam tərkibdə karantinə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Buna komandada koronavirusa kütləvi yoluxma səbəb olub.
“Torino” A Seriyasının 20-ci turu çərçivəsində bu gün “Atalanta”ya qarşı olan oyuna çıxmayacaq. Turin təmsilçisinin matçı təxirə salınmayacaq və onlara texniki məğlubiyyət veriləcək.
Bundan əvvəl “Udineze”də koronavirusa yoluxma halları artdığı üçün komanda tam tərkibdə karantinə alınmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin