İtaliya klubunda baş məşqçi dəyişikliyi
İtaliyanın “Torino” klubu baş məşqçisiylə yollarını ayırıb.
Komanda.az xəbər verir ki. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Son mövsümdə komandanı çalışdıran Moreno Lonqo vəzifəsindən ayrıldığını açıqlayıb. Onu bu postda Marko Campaolo əvəzləyəcək.
“Torino”nun idman direktoru Davide Vaqnati Campaolo ilə danışıqlar apardıqlarını təsdiqləyib.
“Torino” A Seriyasında mövsümü 16-cı sırada tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin