A Seriyası klubunda yeni müqavilə
İtaliyanın SPAL klubu baş məşqçisi Leonardo Sempliçinin müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə müddəti 2021-ci ilə qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2014-cü ildən SPAL-ı çalışdıran Sempliçinin əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi.
SPAL geridə qalan mövsümdə İtaliya A Seriyasını 13-cü sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin