
İtaliya klubunda baş məşqçi ayrılığı – AFFA-nın namizədi üçün “yaşıl işıq”
İtaliyanın SPAL klubu baş məşqçisi Leonardo Sempliçi ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sempliçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İtaliya mətbuatı SPAL-ı Azərbaycan millisində baş məşqçi postuna namizədlərdən olan Luici Di Byaconun çalışdıracağını iddia edir.
SPAL A Seriyasında sonuncu pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin