Ranyeriyə təklif var

İtaliyanın “Sampdoriya” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Klaudio Ranyeriyə tapşırılacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Sampdoriya”da baş məşqçi postu üçün Ranyeri ilə danışıqların başladığı bildirilib.

“Sampdoriya”da bir müddət əvvəl baş məşqçi postuna əsas namizəd Cennaro Qattuzo idi. Ancaq “Milan”ın sabiq çalışdırıcısı “Sampdoriya”dan gələn təklifi rədd edib.

“Sampdoriya” bir müddət əvvəl baş məşqçi Eusebio Di Françesko ilə yollarını ayırmışdı.

Ranyeri son olaraq “Roma”nı çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button