İtaliya klubunda yeni futbolçu – rəsmi
İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Norşellan”dan Mikkel Damsqoru transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. Damsqor mövsümün sonuna qədər Danimarkanın “Norşellan” klubunda qalacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin