Argentina millisinin üzvü İtaliya klubunda
İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Boka Xuniors”dan Qonsalo Maronini heyətinə qatıb. Bu barədə “Sampdoriya” klubunun rəsmi saytı məlumat yayıb. Maroni 2019/20 mövsümündə icarə əsasında “Sampdoriya”da çıxış edəcək.
Eusebio di Françeskonun baş məşqçisi olduğu klub mövsümün sonunda 15 milyon avro ödəməklə, 20 yaşlı yarımmüdafiəçinin transfer hüquqlarına sahib ola bilər.
Maroni 20 yaşadək futbolçulardan ibarət Argentina millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin