Mourinyo: “Həmin vaxt tanrının futbola baxdığına inanıram”

İtaliyanın “Roma” komandasının baş məşqçisi Joze Mourinyo AÇ-2020-nin Danimarka – Finlandiya (0:1) matçında huşunu itirən Kristian Eriksenlə bağlı fikirlərini bildirib.

Komanda.az “TalkSport”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, danimarkalı yarımmüdafiəçinin yaşadıqları haqda bunları deyib:

“Olanları fikirləşmədən dura bilmirəm. Məncə, məyus olmaq yox, sevinmək lazımdır. Ki, futbolda sağlıq dəstəyi daha yüksək səviyyələrə gəlib. Həmin vaxt tanrının futbola baxdığına inanıram. Bütün bunlar Eriksenin bizimlə, ailəsiylə birlikdə həyatda qalmasına icazə verdi.

Futboldan daha vacib şeylər var. Futbol insanları bir yerə gətirir. Dua etdim, ağladım. Səbəblər fərqli olsa belə, insanlar bir yerə toplaşmışdı. Sonda sevinirik, çünki Eriksen yaşayır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button