“Roma”nın iki futbolçusunda koronavirus aşkarlandı
İtaliyanın “Roma” klubunun U-19 komandasının iki futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, U-19 komandasının iki futbolçusunun koronavirus testinin müsbət çıxdığı bildirilib.
Virus aşkarlanan futbolçular karantinə alınıb. “Roma”nın U-19 komandasının məşqləri avqustun 24-nə kimi dayandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin