“Roma”nın daha bir futbolçusunda koronavirus aşkarlandı
İtaliyanın “Roma” klubunun futbolçusu Rikkardo Kalafiori koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, koronavirus testi müsbət çıxan 18 yaşlı müdafiəçi karantinə alınıb. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Roma”da bundan əvvəl Amadu Diavarada koronavirus aşkarlanmışdı.
Kalafiori “Roma”nın yetirməsidir. Sol cinah müdafiəçisi sentyabrdan əsas komandaya cəlb olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin