Sulşer istədi, “Mançester Yunayted” “yox” dedi
İtaliyanın “Roma” klubu “Mançester Yunayted”in futbolçusu Aleks Telleslə maraqlanır.
Komanda.az xəbər verir ki, “canavarlar” braziliyalı müdafiəçini icarəyə götürmək üçün İngiltərə klubuna rəsmi təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Mançester Yunayted” “Roma”nın təklifini rədd edib. “Qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer futbolçunun komandada qalmasını istəyir.
Telles 2020-ci ilin oktyabrından “Mançester Yunayted”də çıxış edir. Onun klubla müddəti 2024-cü ilin yayına qədər olan müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin