
“Roma”da yeni müqavilə – rəsmi
İtaliyanın “Roma” klubu futbolçusu Rik Karsdropun müqaviləsini yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə yeni sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Karsdrop 2017-ci ildən “Roma”da çıxış edir. Müdafiəçi bu mövsüm A Seriyasında 23 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib. Karsdrop Niderland yığmasında 3 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin