
“Roma”da ciddi itki – “Yuventus” və “Napoli” ilə oyunda olmayacaq
İtaliyanın “Roma” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Kris Smollinq sıradan çıxıb.
A Seriyasının 7-ci turunun “Empoli” ilə matçında (2:0) zədələnən 31 yaşlı müdafiəçi üç həftəlik sıradan çıxıb. O, “Yuventus” və “Napoli”yə qarşı keçiriləcək çempionat oyunlarını buraxacaq.
Smollinq bu mövsüm A Seriyasında 4 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin