
“Roma”da itki – 6-8 həftə olmayacaq
İtaliyanın “Roma” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Dieqo Perotti zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Perotti zədə səbəbindən “Roma”nın İtaliya A Seriyasının ilk turunda “Cenoa” ilə qarşılaşdığı matçda (3:3) iştirak etməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin