“Roma”nın erməni futbolçusu sıradan çıxdı
İtaliyanın “Roma” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Henrix Mxitaryan sıradan çıxıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, A Seriyasının 18-ci turunun “Torino” ilə matçında (0:2) zədələnən erməni futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Mxitaryan zədə səbəbindən “Roma”nın yanvarın 12-də “Yuventus”la qarşılaşacağı 19-cu tur matçında iştirak etməyəcək.
30 yaşlı futbolçu bu mövsüm A Seriyasında 9 oyuna çıxıb və 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin