“Roma”nın futbolçusu millidə zədələndi, mövsümü erkən bitirdi
İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “canavarlar”ın müdafiəçisi Maraş Kumbulla Albaniya yığmasının düşərgəsində zədələnib. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb. Albaniya millisinin Andorra ilə qarşılaşdığı DÇ-2022-nin seçmə mərhələsinin matçında (3:0) dizindən zədələnən Kumbulla mövsümün geridə qalan hissəsini buraxmalı olacaq.
Kumbulla icarə əsasında “Roma”da çıxış edir. 21 yaşlı futbolçu müqavilə ilə “Verona” klubuna məxsusdur.
Bu mövsüm A Seriyasında 16 oyuna çıxan müdafiəçinin “Roma” ilə sözləşməsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin