İtaliyalı keçmiş futbolçu 28 yaşında öldü

İtaliyanın “Reccina” klubunun keçmiş futbolçusu Daniel Leone vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb. 28 yaşlı keçmiş qapıçı beyin xərçəngindən ölüb.

Leone “Katanzaro”, “Latina”, “Pontedera” və “Reccina” klublarında çıxış edib. O, xəstəliyinə görə 2017-ci ildə futbolçu karyerasını bitirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button