Buffonun arzuları

İtaliyanın “Parma” klubunun futbolçusu Canluici Buffon açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı qapıçı, gələcək planlarından danışıb:

“Meksika və ya ABŞ-da oynamaq istərdim. Bu təcrübəni qazanmaq istəyirəm, amma görək necə olacaq.

Futbolçu karyeramı bitirdikdən sonra məşqçi olacağımı dəqiq bilmirəm. Hər zaman inkişaf etmək istəyirəm. Çempionlar Liqasını qazana bilməməyim məni daha ruhlandırır. Bəlkə də, bu turniri qazansaydım, karyeramı bitirərdim”.

“Parma”nın yetirməsi olan Buffon “Yuventus” və Fransanın PSJ klublarında çıxış edib. Yenidən yetirməsi olan klubda forma geyinən qapıçı bu mövsüm 18 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button