İtaliya klubunun sahibi koronavirusa yoluxdu
İtaliyanın “Novara” klubunun sahibi Mauritsio Rullo koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə C Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Almaniyadan işgüzar səfərdən qayıdan Rulloya koronavirus diaqnozu qoyulub. Mauritsio Rullo hazırda karantində saxlanılır.
İtaliyada 5061 nəfər koronavirusa yoluxub. Onlardan 233-ü vəfat edib, 567-si isə reanimasiyadadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin