Qattuzo ağır itkiylə üzləşdi
İtaliyanın “Napoli” klubunun baş məşqçisi Cennaro Qattuzonun bacısı Franseska vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qattuzonun bacısı 37 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.
“Napoli”nin prezidenti, futbolçuları və məşqçiləri Qattuzoya başsağlığı veriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin