“Napoli” koronavirusa yoluxan futbolçusunu cərimələdi
İtaliyanın “Napoli” klubu koronavirusa yoluxan futbolçusu Viktor Osimheni cərimələyib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi nigeriyalı hücumçunu 250 min avro məbləğində cərimələyib. Bu barədə Nigeriya mətbuatı məlumat yayıb.
Osimhen bir neçə gün əvvəl özünə ad günü partisi təşkil edib. Hücumçu qonaqlarla birlikdə olan zaman sosial məsafə saxlamayıb və maskadan istifadə etməyib. “Napoli” rəhbərliyi nigeriyalı futbolçunun məhz bu parti zamanı koronavirusa yoluxduğunu düşünür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin