“Napoli” yeni transferini rəsmən açıqladı

İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Neapol təmsilçisi “İnter”dən Matteo Politanonu icarə əsasında heyətinə qatıb. Bu barədə “Napoli”nin rəsmi saytı məlumat yayıb. İtalyan yarımmüdafiəçi ilə 2 illik icarə müqaviləsi imzalanıb.

“Napoli” icarə müqaviləsi bitdikdən sonra Politanonun transfer hüquqlarına sahib ola bilər.

“Roma”nın yetirməsi olan Politano, bu mövsüm A Seriyasında “İnter”lə 11 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button