
“Napoli”ylə 5 illik müqavilə imzalayacaq
İtaliyanın “Napoli” klubu futbolçusu Lorenso İnsinye ilə yeni müqavilə imzalayacaq.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 28 yaşlı hücumçu Neapol təmsilçisiylə yeni – 5 illik sözləşmə imzalayacaq. İnsinye yetirməsi olduğu klubda karyerasını bitirmək niyyətindədir.
Bu mövsüm A Seriyasında 25 oyunda iştirak edən hücumçu, 5 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin