“Napoli”nin hücumçusu sıradan çıxdı
İtaliyanın “Napoli” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Dris Mertens zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya A Seriyasının 12-ci turunun “İnter”lə görüşündə zədələnən Mertens, azı üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
“İnter” – “Napoli” matçı meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin