Məğlubiyyətsiz oyunlar seriyası bitdi

İtaliya milli komandası AÇ-2024-ün seçmə mərhələsinin İngiltərə ilə ilk matçında uduzub (1:2).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da, italyanların Avropa çempionatının seçmə mərhələlərindəki məğlubiyyətsiz oyunlar seriyası sona çatıb.

Onlar sonuncu dəfə 2006-cı ilin sentyabrında Fransaya uduzmuşdular (1:3).

İtaliya yığması əvvəlki 40 oyunun 36-da qələbə qazanıb, 4 dəfə isə “sülh”ə razılaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button