“Milan” futbolçusunu Niderland klubuna satdı
İtaliyanın “Milan” klubunun futbolçusu Miloş Kerkes karyerasını Niderlandda davam etdirəcək.
Komanda.az xəbər verir ki, 18 yaşlı müdafiəçi “Alkmaar” klubuna keçib. Bu barədə Erediviziya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Macarıstanlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
Kerkes “Milan”ın U-19 komandası ilə bu mövsüm 19 oyuna çıxıb.
Müdafiəçi Macarıstanın U-21 komandasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin