“Milan”ın koronavirus testinin nəticələri açıqlandı

İtaliyanın “Milan” klubunun futbolçu, məşqçi və işçi heyəti koronavirus testi verib.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport İtalia” məlumat yayıb. Xəbərdə, bütün testlərin nəticəsinin mənfi olduğu bildirilib.

“Milan” klubu ikinci dəfə koronavirus testi verəcək. Cavablar yenə mənfi çıxsa, komanda artıq mayın 22-dən məşqlərə başlaya biləcək.