“Milan” onunla yollarını ayırdı – rəsmi
İtaliyanın “Milan” klubunun baş direktoru Zvonimir Boban vəzifəsindən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın rəsmi saytı məlumat yayıb. “Milan” mətbuat xidməti vasitəsilə 9 ay klubda çalışan Bobana təşəkkür edib.
“Milan”ın icraçı direktoru İvan Qazidis Bobandan xəbərsiz baş məşqçi postu üçün Ralf Ranqniklə danışıqlar aparıb. Bu isə Bobanın narazılığına səbəb olmuşdu.
Boban ötən ilin yayından “Milan”da çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin