“Milan” azarkeşlərindən Donnarummaya: “Hər zaman nankor uşaq kimi xatırlanacaqsan”
İtaliyanın “Milan” klubunun azarkeş qruplarından olan “Curve Sud”, yeni müqavilə təklifində məvacibinin az olmasını istəməyən və komandadan ayrılacağı gözlənilən Canluici Donnarumma ilə bağlı vida mesajı paylaşıb.
Komanda.az xəbər verir ki, qrupun lideri “instagram” hesabında Donnarummanın bu hərəkətinə sərt reaksiya verib:
“Daha əvvəl bu azarkeş qrupu səni bağışlamışdı. Çünki bu müqəddəs formanı geyinən hər kəs ikinçi şansa layiqdir.
Möhtəşəm komandamızda 20 yaşında kapitanlıq etdin. İldə 6 milyon avro qazandığın halda, Çempionlar Liqasında oynayacaqdın, ancaq sən daha çox pulu üstün tutdun.
Sən hər zaman hər şeyin daha artığını istədin. Sənə çoxlu pul, çoxlu ev, çoxlu maşın arzulayırıq.
Bu gün itirdiklərini sabah geri ala bilməyəcəksən. İnsanların hörməti sənə baxdıqlarında “həqiqətən, gözəl bir insandır” deməsi ilə olur. Lakin sən heç vaxt bunu görməyəcəksən. Hər zaman nankor uşaq kimi xatırlanacaqsan”.
“Milan”la müqaviləsi iyunun sonuna qədər olan Donnarummanın klubu tərk etməsi gözlənilir.
Bizi Facebook-da izləyin