“Milan” serbə “elçi düşdü”
İtaliyanın “Milan” klubu “Reyms”in futbolçusu Predraq Raykoviçi transfer etmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Xəbərdə, “Milan”ın 24 yaşlı qapıçı üçün yayda “Reyms”ə rəsmi təklif göndərəcəyi bildirilir. “Qırmızı-qaralar” serbiyalı futbolçunu Canluici Donnarummaya əvəzləyici kimi düşünür.
Serbiya milli komandasının da üzvü olan Raykoviçin “Reyms”lə müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin