“Milan” onun transferindən vaz keçdi

İtaliyanın “Milan” klubu “Real”dan Luka Yoviçi transfer etmək fikrindən daşınıb.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb. “Milan”ın serbiyalı hücumçudan vaz keçməsinə səbəb onun zədələnməsidir.

Yoviç, “Milan”ın yay transfer pəncərəsi dövrü üçün əsas transfer hədəfi hesab olunurdu.

22 yaşlı hücumçu bir müddət əvvəl evdə məşq zamanı zədələnmiş və sağ ayağında sınıq aşkarlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button