“Milan” belçikalı üçün rəsmi təklif göndərəcək
İtaliyanın “Milan” klubu heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Bolonya”nın futbolçusu Artur Teate ilə maraqlanır.
“Milan” bu ay 21 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir. “Rossonyerlər” yaxın zamanda Teate üçün “Bolonya”ya rəsmi təklif göndərəcək.
Belçika milli komandasına da dəvət alan müdafiəçi bu mövsüm A Seriyasında 15 oyunda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin