“Milan” 17 yaşlı serb üçün 5 milyon avro təklif etdi
İtaliyanın “Milan” klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Serbiyanın “Srvena Zvezda” klubunun futbolçusu Marko Lazetiçlə maraqlanır. Bu barədə TMW radiosu məlumat yayıb.
Xəbərdə, “Milan”ın 17 yaşlı hücumçu üçün “Srvena Zvezda”ya 5 milyon avro, oyunçuya isə 5 illik müqavilə təklif etdiyi bildirilib.
Lazetiç bu mövsüm “Srvena Zvezda” ilə 21 oyunda 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin