“Roma”nı “Milan”a dəyişdi – Avropa çempionu
İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Roma”dan Alessandro Florensini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya yığmasının da üzvü olan müdafiəçi 2022-ci ilin yayına qədər “Milan”da çıxış edəcək.
Florensi ötən mövsümü Fransanın PSJ klubunda icarədə keçirib.
30 yaşlı futbolçu İtaliya yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin