
“Milan”da yeni futbolçu – rəsmi
İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Lill”dən Mayk Menyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qapıçı ilə müddəti 2026-cı ilin iyununa qədər olan müqavilə imzalanıb.
Mayk “Milan”da 16 nömrəli formanı geyinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin