“Milan”da yeni qapıçı – rəsmi
İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Lion”dan Çiprian Tataruşanunu transfer edib. Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı qapıçı bu gün tibbi müayinədən keçdikdən sonra “Milan”la 3 illik müqavilə imzalayacaq. “Qırmızı-qaralar” rumıniyalı futbolçu üçün “Lion”a 500 min avro ödəyəcək.
Tataruşanu daha əvvəl İtaliyada “Fiorentina”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin