
“Milan” 17 yaşlı serblə müqavilə imzaladı
İtaliyanın “Milan” klubu heyətini yeni hücumçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Serbiyanın “Srvena Zvezda” klubunun futbolçusu Marko Lazetiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Milan” 17 yaşlı hücumçu üçün “Srvena Zvezda”ya 4 milyon avro ödəyib. Lazetiçlə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
Lazetiç bu mövsüm “Srvena Zvezda” ilə 21 oyunda 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin