“Milan”da norveçli futbolçu – rəsmi

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Norveçin “Budo-Qlimt” klubundan Yens Heuqeni transfer edib. Bu barədə “Milan”ın mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Heuqe “Milan”da 15 nömrəli formanı geyinəcək. A Seriyası təmsilçisi norveçli futbolçu üçün klubuna 5 milyon avro ödəyib.