
“Milan” belçikalı futbolçuyla gücləndi – rəsmi
İtaliyanın “Milan” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Anderlext”dən Aleksis Salemakersi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
“Milan” belçikalı Aleksis üçün “Anderlext”ə 3,5 milyon avro ödəyib. Müdafiəçi bu ilin yanvarında icarə əsasında “Milan”a keçmişdi.
Aleksis bu mövsüm A Seriyasında 5 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin