“Milan”da yeni müqavilə
İtaliyanın “Milan” klubu futbolçusu Matteo Qabbianın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Milan”ın yetirməsi olan Qabbia bu mövsüm üç oyunda iştirak edib. Müdafiəçi 21 yaşlı futbolçulardan ibarət İtaliya milli komandasının da üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin