“Milan”ın baş məşqçisindən Hakanla bağlı açıqlama

İtaliyanın “Milan” klubu futbolçusu Hakan Çalhanoğlunun müqaviləsini yeniləmək istəyir.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli yarımmüdafiəçiylə danışıqlar aparır. Bu barədə komandanın baş məşqçisi Stefano Pioli yerli mətbuata açıqlamasında deyib:

“Hakanla yeni müqavilə imzalamaq istəyirik. Hazırda onunla danışıqlar davam edir. Əminəm ki, o da klubda qalmaq istəyir. Buna görə də, qısa zamanda tərəflər arasında razılıq əldə olunacağını gözləyirəm”.

Hakan bu mövsüm “Milan”la 20 oyunda 6 qol vurub, 9 məhsuldar ötürmə edib. 26 yaşlı futbolçunun klubla müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button