
“Milan” futbolçusunu icarəyə verdi
İtaliyanın “Milan” klubu futbolçusu Andrea Kontini icarəyə verib.
Komanda.az xəbər verir ki, 26 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Parma”da çıxış edəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyası təmsilçisi mövsümün sonunda 7 milyon avro ödəyərək, Kontinin transfer hüquqlarına sahib ola bilər.
Konti bu mövsüm “Milan”la 4 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin