
“Milan”ın müdafiəçisi üçün mövsüm bitdi
İtaliyanın “Milan” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisinin müdafiəçisi Alessio Romanyoli zədələnib. Bu barədə “Milan”ın baş məşqçisi Stefano Pioli açıqlama verib.
Pioli 25 yaşlı müdafiəçinin mövsümün qalan hissəsində “Milan”a kömək edə bilməyəcəyini deyib.
“Milan” A Seriyasında sona 3 tur qalmış 5-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin