
“Milan”ın futbolçusu əməliyyat olundu
İtaliyanın “Milan” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın müdafiəçisi Alessandro Florensi zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dizindən zədə alan Florensi əməliyyat olunub və noyabra qədər yaşıl meydanlardan uzaq qalacaq.
İtalyan futbolçu bu mövsüm “Milan”la 7 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin