“Latsio” Sarri ilə razılığa gələ bilmir
İtaliyanın “Latsio” klubunun nümayəndələri komandanın baş məşqçi postuna namizədlərdən olan Mauritsio Sarri ilə görüşüb.
Komanda.az xəbər verir ki, tərəflər maaş məsələsində razılığa gələ bilmirlər. Bu barədə italyan jurnalist Fabritsio Romano özünün “tvitter” hesabında məlumat yayıb.
Sarri “Latsio” rəhbərliyindən ildə 4 milyon avro istəyir. Paytaxt təmsilçisinin nümayəndələri isə italyan mütəxəssisə 2,5 milyon avro və əlavə bonuslar verməyi planlaşdırır. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
“Latsio”da bir müddət əvvəl baş məşqçi Simone İnzaqi ilə yollar ayrılıb.
Sarri daha əvvəl İtaliyada “Napoli” və “Yuventus” komandalarını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin