“Latsio”dan şəkilli aksiya

İtaliyanın “Latsio” klubu koronavirus pandemiyası səbəbiylə oyunların azarkeşsiz keçirilməsinə görə yeni aksiya təşkil edir.

Komanda.az xəbər verir ki, paytaxt klubu A Seriyasının bərpa olunacağı halda, boş tribunalara azarkeşlərinin şəkillərini yerləşdirəcək. Bu barədə klubun idman direktoru Stefano De Martino İtaliya mətbuatına açıqlama verib:

“Yeni aksiyamız növbəti həftədən başlayır. Hər bir azarkeşimiz istəsə, şəkillərini kluba göndərə bilər və ev oyunları zamanı onların fotolarını tribunaların oturacaqlarına yerləşdirə bilərik”.

Koronavirusa görə martdan dayandırılan A Seriyasının iyunda bərpa olunacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button