
“Latsio”da yeni futbolçu – rəsmi
İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi SPAL-dan Məhəmməd Faresi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Latsio” əlcəzairli cinah müdafiəçisi üçün SPAL-a 8 milyon avro ödəyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin