“Latsio”da ayrılıq
İtaliyanın “Latsio” klubu futbolçusu Marko Parolo ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçinin klubla müddəti bitən müqaviləsi yenilənməyib.
Parolo 2014-cü ilin yayından “Latsio”da çıxış edirdi. Yarımmüdafiəçi bu komanda ilə 265 oyunda 39 qol, 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Parolo İtaliya yığmasında 36 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin