“Latsio”dan bombardirə yeni təklif

İtaliyanın “Latsio” klubu futbolçusu Çiro İmmobileyə yeni müqavilə təklif edəcək.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, paytaxt klubunun 30 yaşlı hücumçuya müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə təklif edəcəyi bildirilib. İmmobile bu müqaviləylə illik 4 milyon avro qazanacaq.

2016-cı ildən “Latsio”da forma geyinən İmmobilenin hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. Hücumçu, A Seriyasında 27 qolla bombardirdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button