Balotelliyə görə 20 min avroluq cərimə
İtaliyanın “Latsio” klubu cəzalandırılıb.
Komanda.az xəbər verir ki, paytaxt klubuna 20 min avro pul cəzası verilib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Cəriməyə səbəb, A Seriyasının 18-ci turunun “Breşiya” ilə səfər matçında “Latsio”lu azarkeşlərin Mario Balotelliyə qarşı irqçi şüarlar səsləndirməsi olub.
“Breşiya” – “Latsio” matçında (1:2) paytaxt klubunun azarkeşlərinin qeyri-etik davranışları səbəbindən oyunda fasilə də yaranmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin